HƏMAS Hizbullahın İsraillə müharibə şərtini açıqladı

16:55 - 14 Noyabr 2023

HƏMAS Hizbullahın İsraillə müharibə şərtini açıqladı

HƏMAS-ın Livanın paytaxtı Beyrutdakı nümayəndəsi Əhməd Əbdül Hadi İsrail tərəfindən blokadada olan Qəzzaya hücumlarda Livan Hizbullahının iştirakı ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hadi HƏMAS-ın tamamilə məğlub olacağı təqdirdə Hizbullahın İsrailə qarşı əməliyyatları gücləndirəcəyini deyib.

Hadi Hizbullahın hələ İsraillə müharibəyə hazır olmadığını bildirib:

“İndi vaxtı deyil. Hizbullah üçün qırmızı xətt Qəzzada müqavimətin tamamilə məhv edilməsi olacaq".

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv