Qətər İsrailin Qəzza zolağındakı ofisini atəşə tutmasını qınayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkənin Xarici İşlər Nazirliyi bunu "beynəlxalq hüququn kobud şəkildə pozulması" olduğunu bildirib.
Xarici siyasət departamenti beynəlxalq ictimaiyyətdən “mülki əhaliyə və obyektlərə qarşı davam edən hücumlara görə İsraili məsuliyyətə cəlb etmək üçün mümkün qədər tez hərəkətə keçməyi” tələb edib.
Əfsanə
Manşet.az