“Qəzzada atəşkəsi doğru hesab etmirəm” – Almaniyanın baş naziri

16:14 - 14 Noyabr 2023

“Qəzzada atəşkəsi doğru hesab etmirəm” – Almaniyanın baş naziri

Almaniya hökuməti İsrail-Fələstin müharibəsi başladıqdan sonra İsrailə açıq dəstəyini bəyan edib. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya kansleri Olaf Şolz Qəzzada atəşkəsi düzgün görmədiyini ifadə ediv. 

Şolz Almaniyadakı insanları "yəhudiləri qorumağa" çağırıb:

"Atəşkəs və ya uzun fasilə tələb etməyi düzgün hesab etmirəm. Çünki bu, İsrailin Həmas-ın sağalmasına imkan verməsi deməkdir. HƏMAS-ın yenidən mərmi istehsal edib hücuma keçməsinə imkan verilməməlidir. Əgər daimi sülh mühiti istəyirsinizsə, İsrail üçün təhlükə yaratmayan bir Fələstin dövlətinin mümkünlüyünü istəməlisiniz. Hamımız Almaniyadakı yəhudilərin müdafiəsi üçün ayağa qalxmalıyıq, bu həm də vətəndaş cəsarəti ilə bağlı bir məsələsidir. Antisemitizmi qəbul etməyəcəyik. Çox aydın qanunlarımız var. İsrail bayraqlarının yandırılması cinayətdir. Günahsız insanların ölümünü alqışlamaq cinayətdir. Antisemit şüarlar səsləndirmək cinayətdir. Almaniyada yəhudilərə hücum edən hər kəs hamıya hücum edir deməkdir”. 

Əfsanə

Manşet.az


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin