İspaniya nəhəngi "Real Madrid" PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək fikrindən əl çəkməyib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, klub Mbappeni cəlb etmək planlarından əl çəkməyib, əksinə yanaşmasını dəyişib.
Fransız futbolçunun əvvəlki imtinalarından sonra Madrid təmsilçisi artıq transferlə bağlı addımlar atmayacaq.
"Kral klubu" Kilianın ilk addımı atmasını gözləyir.
Daha əvvəl İspaniyanın "Cadena SER" radio şəbəkəsi Madrid klubunun forvardın PSJ-dən azad agent kimi ayrılsa belə, almayacağını bildirmişdi.
Qeyd edək ki, Fransız futbolçunun PSJ ilə müqaviləsi cari mövsümün sonuna qədərdir.