<

Səsli söhbəti dinləyərkən mesajlaşmaya davam edə BİLƏCƏKSİNİZ - "WhatsApp"da yeni funksiya

13:52 - 14 Noyabr 2023

Səsli söhbəti dinləyərkən mesajlaşmaya davam edə BİLƏCƏKSİNİZ -

"WhatsApp" yeni funksiyalarını təqdim etməyə hazırlaşır.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, bu dəfə platforma qrup mesajlaşması ilə bağlı yeni funksiya üzərində işi başa çatdırıb.

Ancaq bu xüsusiyyətdə diqqət etməli olduğunuz nüanslar var. 

Meta WhatsApp üçün Discord-a bənzər funksiyanı sınaqdan keçirməyə başlayıb. Qruplarda böyük rahatlıq təmin edəcək bu xüsusiyyət sayəsində mesajlaşmaya heç bir maneə qalmayacaq.

WhatsApp böyük qruplar üçün səsli söhbət funksiyasını sınaqdan keçirir. Discord kimi bir infrastrukturla işləyəcək bu xüsusiyyət istifadəçilərə rahatlıq təmin etmək məqsədi daşıyır.

Digər tərəfdən, WhatsApp-ın səsli söhbət funksiyası böyük qruplar üçün daha uyğundur.

Sözügedən xüsusiyyət isə Telegram, Discord və Slack kimi xüsusiyyətlərə malik olacaq. 33 və ya daha çox nəfərdən ibarət qruplarda səsli söhbət açıldıqda, qrupdakı insanların telefonları zəng çalmayacaq.

Bundan əlavə, istifadəçilər səsli söhbəti dinləyərkən mesajlaşmaya davam edə biləcəklər.

Beləliklə, cari söhbət ekranından nə silinəcək, nə də çıxmayacaq.


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin