Ötən mövsüm Bundesliqa çempionu olan "Bavariya" 2022-2023-cü illər üçün maliyyə hesabatlarını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Bavariya" 2022-2023 mövsümündə 855 milyon avroya yaxın gəlir əldə edərək klub rekordu qırıb.
Alman nəhənginin xalis mənfəətinin əvvəlki illə müqayisədə 22,4 milyon avro artaraq 35,7 milyon avro olduğu bildirilib.
Forbes-in paylaşdığı son məlumatlara görə, Bayern Münhen dünyanın 6-cı ən dəyərli komandasıdır. "Bavariya"nın sərvəti 4,54 milyard avrodur.
Əfsanə
Manşet.az