Bayden Qəzzadakı xəstəxanalar üçün çağırış etdi

12:14 - 14 Noyabr 2023

Bayden Qəzzadakı xəstəxanalar üçün çağırış etdi

ABŞ prezidenti Co Bayden hücumların davam etdiyi Qəzzada xəstəxanaların qorunmalı olduğunu və İsraildən "sağlamlıq müəssisələrinə daha az müdaxilə" gözlədiyini dilə gətirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden bu barədə jurnalistlərin İsrail ordusunun Qəzzada mülki şəxsləri və səhiyyə müəssisələrini hədəf alması ilə bağlı suallarını cavablandırarkən deyib.   

ABŞ prezidenti açıqlamasında "Bildiyimiz kimi, mən baş verənlərlə bağlı narahatlığımı bildirməkdən çəkinməmişəm. Mənim ümidim və gözləntilərim xəstəxanalara qarşı daha az müdaxilə tədbirlərinin olacağı və israillilərlə əlaqə saxlayacağımızdır" ifadələrini işlədib.  

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az