ABŞ-nin keçmiş prezidenti Donald Trampın 86 yaşlı böyük bacısı Marianne Tramp-Barri yaşadığı evdə ölü tapılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təqaüddə olan hakim Mariannenin vaxtilə Tramp haqqında “dünyanın ən təhlükəli, qəddar və prinsipsiz adamı” kimi danışdığı səs yazısı ortaya çıxmışdı.
Tramp-Barri bazar ertəsi səhər tezdən Nyu-Yorkun Upper East Side kvartalındakı evində dünyasını dəyişib.
Ölümün səbəbi hələ dəqiqləşdirilməyib.
Qeyd edək ki, Trampın bacısı həyatı boyunca onun həm müdafiəçisi, həm də tənqidçisi kimi çıxış edib.
Əfsanə
Manşet.az