İsrail ordusu HƏMAS döyüşçüləri ilə Qəzza zolağının şimalında gedən döyüşlərdə daha iki hərbçi – 21 yaşlı çavuş və 27 yaşlı sıravi əsgərini itirib.
Manset.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, İsrail ordusunun Fələstinin HƏMAS hərəkatına qarşı qurudan əməliyyatda itirdiyi hərbçilərin sayı 46-ya çatıb.