Azərbaycanda 56 yaşlı kişi qətlə yetirildi

21:09 - 13 Noyabr 2023

Azərbaycanda 56 yaşlı kişi qətlə yetirildi

Noyabrın 13-də saat 18:30 radələrində Xəzər rayonu Binə qəsəbəsində 1967-ci il təvəllüdlü Əliyev Vidadi Feyruz oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Fərəcov Bəhriş Müşdaba oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin