<

Daha bir ölkədə "Tik-Tok" qadağan edildi

18:55 - 13 Noyabr 2023

Daha bir ölkədə

Nepal hökuməti Çin sosial media platforması "TikTok"un "ölkədə ictimai quruluşa zərər verdiyi" səbəbiylə qadağan edildiyini açıqlayıb. 

 

Manset.az “The Kathmandu Post” qəzetinə istinaən xəbər verir ki,  Nepal hökuməti tərəfindən edilən açıqlamada “İfadə azadlığı əsas hüquq olsa da, cəmiyyətin böyük bir təbəqəsi "TikTok"un nifrət ifadəsini təşviq etdiyinə inanır” və  son 4 ildə platformada 1647 kibercinayət hadisəsi qeydə alındığı qeyd edilib.

Nazirlər Şurası bildirib ki,  "TikTok"a qadağa qoyulması qərarının nə vaxt qüvvəyə minəcəyi hələ məlum deyil.

Qərar hökumətin sosial media platformalarının fəaliyyəti ilə bağlı yeni direktivi noyabrın 9-da qüvvəyə mindikdən sonra qəbul edilib.

Hökumət bildirmişdi ki, bu direktiv Nepalda bu platformaların nümayəndələrinin olmamasının səlahiyyətlilərin istifadəçilərin narahatlıqlarını həll etməsini və platformalardan xoşagəlməz məzmunu silməsini çətinləşdirdiyinə dair artan şikayətlərdən sonra hazırlanıb.

Yeni direktivə əsasən, Nepalda fəaliyyət göstərən sosial media platformaları olan şirkətlər ölkədə əlaqə ofisi açmalı və ya səlahiyyətli şəxs təyin etməli və sözügedən sosial media platformasını İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçirməlidir.

Qeyd edək ki, bu şərtlərə cavab verməyən sosial media platformaları direktivin qüvvəyə mindiyi andan 3 ay ərzində qadağan edilə bilər.

Həmçinin platforma oxşar səbəblərdən başqa ölkələrdə də qadağan edilib.

Jalə

Manşet.az


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin