<

Yaşar Gülər Yunanıstan rəsmiləri ilə görüşdü

18:23 - 13 Noyabr 2023

Yaşar Gülər Yunanıstan rəsmiləri ilə görüşdü

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​Yunanıstan müdafiə nazirinin müşaviri səfir Haris Lalakosu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən yayılan məlumata görə, Lalakosun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə və Yunanıstan nümayəndə heyətləri arasında keçirilən Hərbi Etimad Tədbirləri Görüşünün dördüncü raundunda iştirak etmək üçün bu gün Türkiyəyə gəlib.

Jalə

Manşet.az


Xəbər xətti

28 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin