<

Fələstinə dəstək nümayişlərinə etiraz edən nazir işdən çıxarıldı

14:10 - 13 Noyabr 2023

Fələstinə dəstək nümayişlərinə etiraz edən nazir işdən çıxarıldı

Fələstinə dəstək nümayişlərinə münasibəti ilə müzakirələrə səbəb olan Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman tutduğu vəzifədən uzaqlaşdırılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərənin baş naziri Rişi Sunak daxili işlər naziri Bravermanı vəzifəsindən azad edib. Baş nazir Sunakın bu gün kabinetdə dəyişiklik edəcəyi gözlənilir.

Beləki, Bravermanın İsrailin Fələstinə hücumlarından sonra Fələstinə dəstək nümayişlərinə icazərən verən London polisini "tərəf tutmaqda" ittiham etməsindən sonra başlayan gərginlik ölkə gündəmində yer almışdı. Braverman oktyabrın 14-dən bəri Londonda hər həftə keçirilən Fələstinlə həmrəylik yürüşlərini "nifrət yürüşü" kimi qiymətləndirmiş və polisi Fələstin etirazlarına gəldikdə "ikili standartlar tətbiq etməkdə" günahlandırmışdı.

Əfsanə

Manşet.az


Xəbər xətti

28 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin