HƏMAS-ın İsrailin Şifa xəstəxanasının rəhbərliyinə yanacaq tədarükü təklifini rədd etdiyi iddiası ictimaiyyətin geniş diqqətini çəkib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, HƏMAS sözügedən iddia ilə bağlı yazılı Telegram səhifəsində dərc etdiyi yazılı açıqlamada İsrail rəsmiləri və ordu sözçüsü tərəfindən verilən açıqlamalara cavab verib.
HƏMAS Hərəkatı Şifa xəstəxanasının idarəçiliyində tərəf olmadıqlarını və qərar vermə mexanizmində iştirak etmədiklərini açıqlayıb. İsrail Ordusunun sözçüsü "Nasist ordusu sözçüsü" olaraq xarakterizə edilən açıqlamada, işğal qüvvələrinin hər gün yalan uydurduğu və bunlardan birinin "Həmas Hərəkatının İsrailin Şifa Xəstəxanasının rəhbərliyinə yanacaq tədarükü təklifini rədd etməsi" ittihamı olduğu ifadə edib:
"Şifa Xəstəxanasının rəhbərliyində tərəf deyilik. Oradakı qərar vermə mexanizmində Həmas-ın iştirakı yoxdur. Xəstəxana texniki və inzibati işlərini həyata keçirən Fələstin Səhiyyə Nazirliyinin idarəçiliyindən asılıdır”.
Bundan başqa Şifa Xəstəxanası açıqlayıb ki, işğal qüvvələrinin xəstəxanaya cəmi 300 litr yanacaq verilməsi təklifi mühasirə altında olanların, tibb qruplarının, körpələrin, uşaqların və xəstəxanaya işıqsız, qidasız və ya qidasız sığınan xəstələrin ağrı və işgəncəsini qiymətləndirməmək deməkdir. Sözügedən yanacaq miqdarı generatorları yarım saatdan çox işlətməyə kifayət etmir.
Əfsanə
Manşet.az