Çinin Qansu əyalətində keçmiş ibtidai məktəb direktoruna “zorlama” və “uşaqlara qarşı cinsi təcavüz” ittihamı ilə verilən ölüm hökmünün icra olunduğu bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yerli məktəbdə işləyən Canq Longci adlı müttəhim 8-12 yaş arası 5 qıza təcavüz və 8-14 yaş arası 17 qıza cinsi təcavüz etməkdə günahkar bilinib.
Hökm noyabrın 7-də, təqsirləndirilən şəxsin yerli məhkəmənin edam hökmü barədə apellyasiya şikayəti Ali Məhkəmə tərəfindən rədd edildikdən sonra icra edilib.
Qeyd olunub ki, cinayətdən zərər çəkən şagirdlərə yerli təhsil rəhbərliyi tərəfindən psixoloji yardım və dəstək göstərilib.
Hadisə baş verən ibtidai məktəb bağlanaraq başqa məktəbə birləşdirilib.
Əfsanə
Manşet.az