Bu il noyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,1% çox - 755,4 min olub.
Manset.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, bunun 44,8 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 12,2% çoxdur.
Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 7,9% artaraq 204,2 minə çatıb.