Türkiyəli məşhur müğənni İrem Derici mahnıları və səhnə performansları ilə yanaşı, tez-tez özəl həyatı ilə də adından söz etdirir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bir müddət əvvəl fotoqraf Gökhan Fıratla eşq münasibətinə başlayan müğənni yeni sevgilisi ilə qucaqlaşaraq poza verib.
Müğənni paylaşdığı postda "Və darıxanda əsəbiləşənlər vardır" ifadələrini işlədib.
Qeyd edək ki, İrem Derici Atakan Işıktutanla yollarını ayırdıqdan qısa müddət sonra fotoqraf Gökhan Fıratla eşq yaşamağa başlayıb. Derici keçən həftə sevgilisi ilə əl-ələ çəkdirdiyi fotosunu paylaşaraq münasibətini açıqlayıb. Müğənni etdiyi şərhdə sevgilisini tag edib və "Yaylarına-qışlarına talibəm” demişdi. Fırat isə Dericiyə "Söz səninəm, gəlirəm ən pisinə gələcəm" cavabını verib.
Əfsanə
manşet.az