Türkiyədə 10 mərtəbəli ticarət mərkəzi kül oldu – VİDEO

09:15 - 13 Noyabr 2023

Türkiyədə 10 mərtəbəli ticarət mərkəzi kül oldu – VİDEO

Bursanın Özlüce rayonunda Ahmet Taner Kışlalı bulvarında yerləşən 10 mərtəbəli iş mərkəzində yanğın baş verib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə biznes mərkəzinin alt mərtəbəsindəki kafedən başlayıb.

Yanğın qısa müddətdə bütün binanı bürüyüb.

33 texnika və 100 nəfərlik canlı qüvvə ilə yanğın söndürülüb.

Yanğında can itkisi olmasa da, yaxınlıqdakı avtomobillər və binadakı ofislər yararsız hala düşüb.

İnsidentlə bağlı araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az