Azərbaycanda polis əməkdaşı həyat yoldaşını  şöbədə güllələyərək öldürdü

10:32 - 30 Sentyabr 2021

Azərbaycanda polis əməkdaşı həyat yoldaşını  şöbədə güllələyərək öldürdü

Azərbaycanda polis əməkdaşı şöbədə həyat yoldaşını xidməti silahdan açdığı atəşlə qətlə yetirib.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır.

O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

İ.Məmmədov saxlanılıb.

Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin