Sumqayıtda qəsdən adam öldürməyə cəhd edən şəxs tutuldu

10:30 - 30 Sentyabr 2021

Sumqayıtda qəsdən adam öldürməyə cəhd edən şəxs tutuldu

Sentyabrın 28-i saat 14 radələrində Sumqayıt şəhəri bulvar ərazisində 1988-ci il təvəllüdlü İlkin İbişova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundsan Manset.az-a verilən məlumata görə, aparılan araşdırmalarla şəhər sakini, 1978-ci il təvəllüdlü Rahib Yunusovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İlkin İbişova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Rahib Yunusov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin