Çin Cənub-Şərqi Asiya ölkələri ilə birgə təlimlər keçirəcək

18:33 - 12 Noyabr 2023

Çin Cənub-Şərqi Asiya ölkələri ilə birgə təlimlər keçirəcək

Çin noyabrda Cənub-Şərqi Asiya ölkələri ilə birgə hərbi təlimlər keçirəcək.

 

Manset.az Report-a  istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Çin ordusu noyabrın ortalarından axırına qədər ölkənin cənubundakı Quanqdonq əyalətində Kamboca, Laos, Malayziya, Tailand və Vyetnam silahlı qüvvələri ilə birgə təlimlər keçirəcək.

Manevrlərin məqsədi terrorizmə və dəniz quldurluğuna qarşı birgə mübarizə, həmçinin regional sülh və sabitliyin qorunması üçün hərbi sahədə əməkdaşlığın genişləndirilməsidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv