"Növbəti addımı atmağın vaxtı çatıb" - NATO-nun keçmiş baş katibi

22:38 - 11 Noyabr 2023

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Ukraynanı ərazi münaqişəsi olmadan alyansa qəbul etməyi təklif edib.

 

Manset.az Teleqraf.com-a istinadən bildirir ki, sabiq baş katib Ukraynaya Rusiya tərəfindən ələ keçirilmiş ərazilərindən imtina təklifini verib.

"Növbəti addımı atmağın, Ukraynanı NATO-ya dəvət etməyin vaxtı çatıb. Bizə Ukraynanı NATO-nun mərkəzində yerləşdirən yeni Avropa təhlükəsizlik arxitekturasına ehtiyacımız var", - Rasmussen bildirib.

Onun sözlərinə görə, Kiyevin üzvlük məsələsini gələn ilə qədər təxirə salmaq olmaz.

Keçmiş katib hesab edir ki, Rusiya işğalında olan ərazilərin NATO-dan kənarlaşdırılması Moskva ilə qarşıdurma təhlükəsini azaldacaq.

Onun fikrincə, Ukraynanın NATO-ya daxil olması heç də münaqişənin dondurulması demək deyil.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin