Bayden Putinlə bu şəhərdə görüşəcək

11:01 - 10 İyun 2021 - SİYASƏT

ABŞ prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında iyunun 16-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşün məkanı açıqlanıb.

Manşet.az TASS-a istinadən xəbər verir ki, iki ölkə liderləri məşhur “La Qranj” villasında bir araya gələcək.

“Görüş iyunun 16-da Cenevrədə “La Qranj” adlı malikanədə keçiriləcək”, - İsveçrənin Xarici İşlər Nazirliyindən bildirilib.


Xəbər xətti

20 İyun 2021