Hamilələrin vaksinasiyasını sürətləndirmək tapşırıldı

23:03 - 29 Sentyabr 2021

Hamilələrin vaksinasiyasını sürətləndirmək tapşırıldı

Hamilə qadınların COVID-19-dan ölüm sayının artması fonunda ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi hamilə qadınların daha aktiv şəkildə vaksinasiya olunması ilə bağlı həkimlərə təlimat verib.

Manşet.az xəbər verir ki, bu barədə “İnsider” nəşri yazıb. Məlumata görə, ötən ay 22 hamilə qadın koronavirusdan dünyasını dəyişib və xəstəxanaya yerləşdirilən qadınların 97%-i peyvənd vurdurmayanlar olub.

Daha əvvəl mütəxəssislər hamiləliyin 5-6-cı həftəsində virusa yoluxmuş pasiyentlərin körpələrində göz qüsuru yarandığını müəyyən ediblər. Bundan başqa, COVID-ə yoluxmuş qadınların əksəriyyəti vaxtından əvvəl doğuş keçirib.


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin