Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
23:52 - 29 Sentyabr 2021
UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha iki oyunu keçirilib.
Manşet.az-ın məlumatına görə, hər iki qarşılaşmada meydan sahibləri qalib gəliblər.
F qrupunda İtaliya "Atalanta"sı İsveçrənin "Yanq Boyz" klubunu qəbul edib. Görüşün taleyini 1 qol həll edib. 66-cı dəqiqədə fərqlənən Matte Pessina Berqamo təmsilçisinə ilk qələbəsini qazandırıb.
H qrupunda isə Rusiya "Zenit"i evdə İsveç "Malmö"sünü darmadağın edib - 4:0. Sankt-Peterburq klubunun heyətində qolları 9-cu dəqiqədə Klaudinyo, 49-cu dəqiqədə Daler Kuzyayev, 80-ci dəqiqədə Aleksey Sutormin və görüşün əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Vendel vurublar. 53-cü dəqiqədə qonaqların futbolçusu Anel Ahmedhodziç qırmızı vərəqə alaraq, meydandan qovulub.
Çempionlar Liqası
II tur
F qrupu
20:45. "Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0
Qol: Matteo Pessina, 66
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya)
Xal durumu: "Atalanta" - 4 (2 oyun), "Yanq Boyz" - 3 (2), "Vilyarreal" - 1, "Mançester Yunayted" - 0.
H qrupu
20:45. "Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0
Qollar: Klaudinyo, 9, Daler Kuzyayev, 49, Aleksey Sutormin, 80
Qırmızı vərəqə: Anel Ahmedhodziç, 53 ("Malmö")
23:00. "Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə)
Xal durumu: "Yuventus" - 3, "Çelsi" - 3, "Zenit" - 3 (2 oyun), "Malmö" - 0
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin