Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
22:52 - 29 Sentyabr 2021
Bu gün Azərbaycanda sərnişinləri narazı salan məsələlərdən biri də ictimai nəqliyyatda, xüsusən də taksilərdə sürücülərin siqaret çəkməsidir. Ölkəmizdə 2017-ci ildə ictimai nəqliyyatda siqaret çəkilməsini qadağan edən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilib. Lakin taksi sürücüləri, bir sıra hallarda isə sərnişinlər bu tələbə əməl etmir.
Manşet.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, yol polisi əməkdaşları bu məsələ ilə bağlı tədbirlər görürlər. O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə əsasən, sərnişindaşımalar üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məmulatı çəkilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə tətbiq edilir.
N.Piriyev bildirib ki, adətən sərnişinlər özləri də sürücünün siqaret çəkməsinə etiraz edir və bu etiraz da taksidə siqaret çəkilməsi hallarını azaldır. Yəni bu qayda pozuntusu kütləvi xarakter daşımır, digər qayda pozuntuları ilə müqayisədə daha azdır.
Qeyd edək ki, taksidə siqaret çəkməyə görə cərimə sərnişinə də şamil edilir. Əgər sərnişin də taksidə siqaret çəkərsə, eyni məbləğdə cərimə tətbiq olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin