Toy karvanında qəza - Xəsarət alan var

17:56 - 10 Noyabr 2023

Toy karvanında qəza - Xəsarət alan var

Şəki rayonunda toy karvanında qəza baş verib, bir nəfər xəsarət alıb.

 

Manset.az xəbər verir ki, hadisə rayonunun Kiçik Dəhnə kəndində baş verib.

Belə ki, toy karvanında hərəkətdə olan iki minik avtomobili toqquşub.

Nəticədə avtomobillərdən birinin sürücüsü 29 yaşlı Vahab Salamov xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin