Mixail Qusman: “Bakıya səfərimlə heç nə müqayisə oluna bilməz” - Video

17:46 - 10 Noyabr 2023

Mixail Qusman: “Bakıya səfərimlə heç nə müqayisə oluna bilməz” - Video

Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında izləyicilərə daha bir videomüsahibə təqdim edib.

 

Manset.az xəbər verir ki, ənənəvi cümə podkastının qonağı Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman olub.

O qeyd edib ki, imkan düşdükcə Bakıya gəlməyə çalışır və tez-tez Azərbaycan paytaxtına səfər edir: “Mənim üçün bu, özlüyündə dəyərli, vacib və əzizdir. Burada özümü psixoloji cəhətdən yaxşı hiss edirəm. Bakıya səfərimlə heç nə müqayisə oluna bilməz. Moskvada qaldığım son 30 il mənim üçün sanki ezamiyyətdir”.

Söhbət zamanı qonaq Azərbaycan Prezidenti İlham Əliyev haqqında filmin çəkilişi, Rusiyadakı ermənipərəst jurnalistika haqqında da danışıb, Azərbaycan və Ermənistan xalqları arasında münasibətlərin gələcəyi, İsrail və Fələstin münaqişəsi ilə bağlı fikirlərini bölüşüb.

M.Qusman özünün “Formula vlasti” layihəsi, həmçinin müxtəlif ölkələrin liderləri və digər məsələlər ilə bağlı sualları cavablandırıb.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin