Ermənilər Azərbaycanla Ukraynanın arasını vurmaq üçün bu yola əl atdı

16:38 - 10 Noyabr 2023

Ermənilər Azərbaycanla Ukraynanın arasını vurmaq üçün bu yola əl atdı

Ermənilər 44 günlük müharibədəki böyük məğlubiyyətlərindən sonrakı reallıqlarla heç cür barışa bilmirlər. Bunun əvəzinə həm erməni siyasətçilər, həm də ictimai xadimlər revanşist siyasəti davam etdirərək Azərbaycanın siyasi arenadakı nüfuzunu qaralamağa yönəlmiş dezinformasiya yaymağa davam edirlər.

 

Manset.az Trend-ə istinadən bildirir ki, erməni jurnalist Robert Ananyan qondarma "ifşaedici" material dərc edərək Azərbaycanı bu ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni separatçılardan götürülmüş texnikanı guya Rusiya tərəfinə verməkdə ittiham edir. Bundan başqa, Ananyan "Ukraynadakı hərbi əməliyyatlarda məhz bu texnikadan istifadə olunacağını" iddia edir.

O öz uydurmalarını Qarabağdan hərbi texnikanın çıxarılmasını əks etdirən videokadrlarla paylaşır. Lakin kadrlarda rus sülhməramlıları öz texnikaları ilə əks olunub. Yəni özünü "Cənubi Qafqaz məsələləri üzrə ekspert" adlandıran jurnalist bunu görmür?

Bundan başqa, onun bəhs etdiyi texnikanın yeganə yeri Bakıda yerləşən Hərbi Qənimətlər Parkıdır.

Qeyd etmək yerinə düşər ki, elə həmin Ananyan və onun digər həmkarları bundan əvvəl Azərbaycanın suveren ərazisində Ermənistanın silahlı birləşmələrinin olduğu faktını qətiyyətlə təkzib edirdilər.

Ermənistan sülh sazişi, sərhədlərin demilitasiyası, kommunikasiyaların açılması və üçtərəfli bəyanatda qeyd olunan digər məsələlər üzərində işləmək əvəzinə, Azərbaycanın və regionda vəziyyətin tənzimlənməsi üzrə digər tərəfdaşların səyləri fonunda yalnız Azərbaycanın tərəfdaşları ilə arasını vurmaq məqsədi daşıyan yalanlar yaymağa fokuslanıb


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin