Güclü külək nəticəsində Bakıda 13 ağac sınıb

16:27 - 10 Noyabr 2023

Güclü külək nəticəsində Bakıda 13 ağac sınıb

Noyabrın 9-dan indiyə qədər Bakıda şiddətli külək nəticəsində 13 ağac sınıb.

 

Manset.az xəbər verir ki, bu barədə Yaşıllaşdırma Təsərrüfatı Birliyindən xəbər verilib.
Eyni zamanda 23 ağacın budaqları sınıb. Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sınan ağaclar götürülüb və operativ şəkildə ərazi təmizlənib.

Küləklə əlaqədar Yaşıllaşdırma Tərərrüatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin