8 yaşlı qız kələm şorabasından zəhərlənərək öldü - TƏBİB-dən açıqlama

17:59 - 10 Noyabr 2023

8 yaşlı qız kələm şorabasından zəhərlənərək öldü - TƏBİB-dən açıqlama

TƏBİB Biləsuvar rayonunda azyaşlı ölümü ilə bağlı açıqlama verib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, 10 noyabr 2023-cü il tarixində saat 13:30 radələrində Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 2015-ci il təvəllüdlü vətəndaşı üçün təcili yardım çağırışı olub.

"Vətəndaşın xəstəxanaya qədər ölüm halı qeydə alınıb", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bu gün 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı qəfil vəfat edib. Onun ölümünə ev şəraitində hazırlan kələm turşusunun səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvar rayonunun Təzəkənd kəndində uşaq kələm şorabasından zəhərlənərək ölüb.

Manset.az Apa-ya istinadən xəbər verir ki, rayon sakini, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona göstərilən tibbi yardımlara baxmayaraq, xəstəxanada vəfat edib.

İlkin ehtimala görə, mərhum ev şəraitində hazırlanan kələm şorabasından (turşu) zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin