Ermənistan vətəndaşlarının 54 faizindən çoxu Paşinyana etibar etmir

15:36 - 10 Noyabr 2023

Ermənistan vətəndaşlarının 54 faizindən çoxu Paşinyana etibar etmir

Ermənistan vətəndaşlarının 54 faizindən çoxu ölkənin baş naziri Nikol Paşinyanın yürütdüyü siyasətə etibar etmir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “GALLUP International Association” Araşdırma Mərkəzinin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, respondentlərin 20,4 faizi Nikol Paşinyana tam etibar edir, 13,2 faizi qismən etibar edir, 18,6 faizi qismən etibar etmir, 35,5 faizi ümumiyyətlə etibar etmir.

Ermənistan əhalisinin əksəriyyəti - 53,7 faizi prezident Vaaqn Xaçaturyanın fəaliyyətini bəyənmir. Respondentlərin 64,2 faizi parlamentin, 57,7 faizi isə hökumətin fəaliyyətinə etimad etmir.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin