Ağ Evdən Qəzza ilə bağlı AÇIQLAMA

14:11 - 10 Noyabr 2023

Ağ Evdən Qəzza ilə bağlı AÇIQLAMA

ABŞ rəsmiləri Fələstin Administrasiyasının Qəzza zolağının idarə olunmasında müəyyən rol oynayacağına inanır.

 

Manset.az Musavat.com-a istinadən bildirir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Oliviya Dalton bildirib.

O, Qəzzanın hansı formatda idarə oluna biləcəyini açıqlamayıb.

"Fələstin Milli Administrasiyası Qərb Sahilində səlahiyyətli orqandır və biz onların gələcəkdə burada (Qəzza zolağında) müəyyən rol oynamasını gözləyirik", - deyə Dalton jurnalistlərə bildirib.

O, dövlət katibi Entoni Blinkenin fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna malik olması ilə bağlı sözlərini xatırladıb.

"Onlar gələcək hökumətlərinin necə olacağı ilə bağlı söz sahibidirlər", - deyə Ağ Evin mətbuat katibinin müavini əlavə edib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail tərəfində 1,4 min insan, Fələstində isə 10,3 min nəfər həlak olub. Noyabrın 8-də İsrail ordusu HƏMAS-ın Qəzzanın şimalına nəzarəti itirdiyini açıqlayıb. Dünən, noyabrın 9-da ABŞ rəsmiləri İsrailin Qəzza zolağında 4 saatlıq humanitar fasilənin tətbiqinə razılıq verdiyini bildirib.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin