"Bavariya"nın futbolçusu "Real"a keçir

13:17 - 10 Noyabr 2023

“Bavariya”nın və Kanada millisinin futbolçusu Alfonso Devis “Real Madrid”ə keçməyə meyllidir.

 

Manset.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Kerri Hou məlumat verib.

Məlumata görə, futbolçu ilə alman klubu arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar 6 ay müddətinə dayandırılıb. “Real Madrid”in Devisə marağı spesifikdir. İspanlar sol cinah müdafiəçi mövqeyini Devis sayəsində həll edəcəklərini düşünürlər. Buna görə də futbolçunun müqaviləni yeniləməmək və vaxt itirməməyi üçün onun ətrafı ilə ilkin mərhələdə əlaqə yaradıblar.

23 yaşlı Alfonso Devisin “Bayern Münhen” ilə 2025-ci ilin iyun ayına qədər cari iş müqaviləsi var. Transfermarkt internet portalı Kanada millisinin müdafiəçisinin bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin