Samuxda həmyerlisini güllələyən şəxs saxlanıldı

09:46 - 22 İyun 2021

Samuxda həmyerlisini güllələyən şəxs saxlanıldı

Samux rayonunda 32 yaşlı kişi ehtiyatsızlıqdan güllələyən şəxs saxlanılıb.

Manset.az xəbər verir ki, hadisə Samux rayonunun İstixana qəsəbəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Taleh Məmmədov "İj" markalı silahla ayağından güllə yarası alıb və o, xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a bildirilib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

"Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Samux rayon sakini, 1983-cü il təvəllüdlü Vüsal Əliyev "İj" markalı silahla ehtiyatsızlıqdan Taleh Məmmədovu ayağından vurub".

Daha sonra V.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(report)


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin