Rusiyada “An-2” təyyarəsi tapıldı - Yeniləndi

17:35 - 10 Noyabr 2023

Rusiyada “An-2” təyyarəsi tapıldı - Yeniləndi

Çukotkada itmiş An-2 təyyarəsi tapılıb, göyərtəsində olanların hamısı sağdır.

 

Manset.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Kuznetsov özünün "Telegram" kanalında məlumat verib .

“İtmiş təyyarə tapılıb. İlkin məlumata görə, hər üç nəfər - pilot və sərnişin sağdır”, - deyə o, qeyd edib.

***

Rusiyanın Çukotka Muxtar Dairəsində göyərtəsində iki ekipaj üzvünün və bir sərnişinin olduğu “An-2” təyyarəsi radarlardan itib.

Manset.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Belə ki, noyabrın 10-da səhər saatlarında Maqadan Regional Planlaşdırma Mərkəzinin növbətçisindən məlumat daxil olub ki, saat 01:40-da (Moskva vaxtı ilə) “An-2” təyyarəsi havaya qalxıb və eniş zamanı əlaqə yaratmayıb.

Qeyd edilib ki, hazırda “An-2”nin son koordinatları məlumdur, lakin hələ onu aşkar etmək və ya onunla əlaqə yaratmaq mümkün olmayıb.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin