Dünyada ilk tam göz transplantasiyası bu ölkədə həyata keçirildi

09:20 - 10 Noyabr 2023

Dünyada ilk tam göz transplantasiyası bu ölkədə həyata keçirildi

ABŞ həkimləri dünyada ilk dəfə insan gözü transplantasiyası əməliyyatını həyata keçiriblər.

 

Manset.az xəbər verir ki, bu barədə Nyu-York Universitetinin Tibb Mərkəzinin açıqlamasında bildirilir.

"Nyu York Universitetinin Lanqon Tibb Mərkəzində cərrahlar qrupu Arkanzasdan olan 46 yaşlı hərbi veterana dünyada ilk tam göz və qismən üz transplantasiyası əməliyyatını həyata keçirib", - tibb mərkəzi bildirib.

Qeyd olunur ki, iş zamanı kişi təsadüfən yüksək gərginlikli naqilə toxunduqdan sonra elektrik cərəyanı onu vurub. Nəticədə o, sol gözünü, burnunu, dodaqlarını, ön dişlərini, sol yanağının bir hissəsini və çənəsini sümüyə qədər itirib.

Əməliyyat təxminən 21 saat çəkib və 140-dan çox cərrah, tibb bacısı və digər tibb işçiləri iştirak edib.

Xəstənin yeni gözlə görə biləcəyinin hələ müəyyən edilmədiyini, lakin transplantasiyadan sonra orqanın "heyrətləndirici sağlamlıq əlamətləri" göstərdiyi açıqlanıb. Bundan əlavə, cərrahların bu nailiyyətinin "görmə müalicəsində gələcək irəliləyişlər üçün yeni imkanlar açdığı" bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az