Məşhur aktyor 60 min təzminat alacaq

21:33 - 29 Sentyabr 2021

Məşhur aktyor 60 min təzminat alacaq

Türkiyəli aktyor Şükrü Özyıldız məhkəmədə qalib gəlib.

Manşet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor rol aldığı “Kış güneşi” serialının xaricdə yayımlanmasına görə maddi gəlir əldə etmədiyini bildirərək şirkətdən şikayətçi olmuşdu.

Haqlı olduğu üzə çıxan Şükrü Özyıldıza hakimin qərarı ilə 60 min 808 lirə (təxminən 11 min 638 manat) təzminat ödəniləcək.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin