<

İsrail Ordusu HƏMAS-ın daha bir komandirini məhv etdi

17:20 - 9 Noyabr 2023

İsrail Ordusu HƏMAS-ın daha bir komandirini məhv etdi

İsrail Müdafiə Ordusu HƏMAS-ın komandirlərindən biri olan İbrahim Əbu Məqsibi zərərsizləşdirib.

 

Manset.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, o, HƏMAS-ın tank əleyhinə raket bölməsinin komandiri olub.

Xatırladaq ki, noyabrın 6-da HƏMAS-ın daha 2 rəhbər şəxsi zərərsizləşdirilmişdi. Onlar qruplaşmanın xüsusi təhlükəsizlik əməliyyatlarına cavabdeh Camal Musa və Deyr əl-Bəlah batalyonunun adı açıqlanmayan komandiri olub.

HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib və qələbə qazanacaqlarını söyləyib.


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin