<

“Qarabağ” bu gün “Bayer 04”ü qəbul edəcək

11:05 - 9 Noyabr 2023

“Qarabağ” bu gün “Bayer 04”ü qəbul edəcək

UEFA Avropa Liqasının qrup mərhələsində bu gün IV turun oyunları keçiriləcək.

 

Manset.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” növbəti matçına çıxacaq.

H qrupunda yer alan Ağdam təmsilçisi Almaniyanın “Bayer 04” klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri ötən turda səfərdə 1:5 hesabı ilə məğlub olduqları Leverkuzen komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklər.

Hazırda “Bayer” 9 xalla qrupa liderlik edir, “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qrupun digər görüşündə “Hekken”lə (İsveç) “Molde” (Norveç) birincilərin meydanında üz-üzə gələcəklər.

UEFA Avropa Liqası

H qrupu, IV tur

9 noyabr

21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer 04” (Almaniya)

Baş hakim: Kreyq Pouson (İngiltərə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin