İsrail ordusu “Hizbullah” silahlılarının hücumlarına cavab olaraq Livanın sərhəd bölgələrini artilleriyadan atəşə tutub.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, İsrail artilleriyası Livanın cənubunda səkkiz kəndə zərbələr endirib, Livanın cənubundakı Əl-Lyabbuna, Ən-Nakura, Rmeyş və Ait əş-Şaab kəndləri, eləcə də şərq sektorunda Hasbaya inzibati mərkəzi yaxınlığındakı El-Mare, Halte, Blida və Es-Salamiyaya zərbələr endirilib.
Qeyd edək ki, itkilər və dağıntılar barədə məlumat yoxdur.