<

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO

17:09 - 8 Noyabr 2023

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, ilkin məlumata görə, iki çoxtonnajlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verən qəza zamanı nəqliyyat vasitələrindən biri yol kənarındakı marketə çırpılıb.

Qəza nəticəsində bir nəfərin hadisə yerində öldüyü iddia edilir. Nəqliyyat vasitələri yolun hərəkət hissəsindən çıxarılmadığı üçün Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti bir saatdan çoxdur məhdudlaşdırılıb.


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin