Azərbaycanda dəhşətli qətl: Atanın qızını öldürməsinin TƏFƏRRÜATI - VİDEO

13:19 - 8 Noyabr 2023

Azərbaycanda dəhşətli qətl: Atanın qızını öldürməsinin TƏFƏRRÜATI - VİDEO

Masallıda dəhşətli qətl hadisəsi baş verib.

 

Qızın evindəki problemi həll etməyə gedən ata onu öldürməkdə şübhəli bilinir.

Hadisə dünən səhər saatlarında rayonun 1-ci Yeddioymaq kəndində qeydə alınıb. Kənd sakini 27 yaşlı Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 54 yaşlı Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qızın qaynanası bildirib ki, ata və qızı arasında mübahisə olub. Səhər ata onlara qonaq gəlib. Elə hadisədə bu zaman baş verib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Məlum olub ki, ata qızına 17 bıçaq zərbəsi vuraraq, onu qətlə yetirib. Cinayət əməlini törətməkdə şübhəli bilinən qızın atası Hüseyin Şükürov saxlanılıb. Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi başlanıb.

Manset.az daha ətraflı video süjeti təqdim edir:


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin