İranda baş verən ikinci zəlzələ də Azərbaycanda hiss olundu - YENİLƏNDİ

11:52 - 8 Noyabr 2023

İranda baş verən ikinci zəlzələ də Azərbaycanda hiss olundu - YENİLƏNDİ

Yerli vaxtla saat 11:09-da İran ərazisində ilkin məlumata görə, maqnitudası 4,7 olan zəlzələ qeydə alınıb.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən Manset.az-a verilən məlumata görə, zəlzələ Azərbaycanın cənub rayonlarında hiss olunub.

10:18

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.11.2023-cü il tarixində yerli vaxtla saat 09:18 dəqiqədə ilkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində 5.1 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın bir sıra cənub rayonlarında hiss olunub.

Manset.az xəbər verir ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, təkanlar Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss olunub.

09:48

Bu gün yerli vaxtla saat 09:18-də İran ərazisində zəlzələ olub.

Manset.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, maqnitudası 5.1 olan təkanlar Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Ağdam rayonunda, Yardımlı, Lerik, Saatlıda da hiss olunub.

09:36

Lənkəranda zəlzələ olub.

Manset.az APA- ya istinadən xəbər verir ki, saat 09:19-da Lənkəranda zəlzələ baş verib.

Yeraltı təkan təxminən 3-4 bal arasında hiss edilib. Zəlzələ Cəlilabadda da hiss olunub.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin