Tokioda 100 illik temperatur rekordu qeydə alındı

09:32 - 8 Noyabr 2023

Tokioda 100 illik temperatur rekordu qeydə alındı

Tokioda havanın temperaturu 27,5 dərəcəyə qədər istiləşib.

 

Manset.az xəbər verir ki, bu noyabr ayı üçün son 100 ildə ən yüksək göstəricidir.

Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yaponiya paytaxtında sonuncu dəfə belə isti hava 1923-cü ildə qeydə alınıb. Maraqlıdır ki, yaya bənzər isti hava Yaponiyanın əksər bölgələrində müşahidə edilib.

Yapon meteoroloqları qeyd edirlər ki, yaxın günlərdə havanın temperaturu tədricən azalacaq.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin