Bakıda müştərilər kafe sahibi və ofisiantı döydülər

08:56 - 8 Noyabr 2023

Bakıda müştərilər kafe sahibi və ofisiantı döydülər

Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

Belə ki, kafenin müdiri, 1982-ci il təvəllüdlü İsmayılov Şamil Bəkir oğlu və ofisiant, 1994-cü il təvəllüdlü Panov Timur Oleqoviçin müştərilərlə mübahisəsi yaranıb.

Mübahisə sahibkarla işçinin döyülməsi ilə yekunlaşıb.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin