<

Telefonun batareyasının köhnəldiyini necə bilmək olar?

21:59 - 7 Noyabr 2023

Telefonun batareyasının köhnəldiyini necə bilmək olar?

Zamanla smartfonun batareyasının aşınması hər bir mobil cihaz istifadəçisinin gec-tez üzləşdiyi bir çətinlikdir. 

 

Manset.az  lent.az-a istinadən bildirir ki, bu problem yalnız batareyanı yenisi ilə əvəz etməklə həll oluna bilər. 

Əlbəttə ki, bir çox istifadəçi bu işin öhdəsindən özləri gəlir. Ancaq risk etməkdənsə, xidmət mərkəzinə müraciət etməyiniz məsləhətdir.

Batareyanın sıradan çıxması ilə bağlı aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır.

Sürətli boşalma

Telefonu tam doldurduqdan bir saat sonra şarj səviyyəsi 50 faizdən aşağı düşürsə, bu, açıq şəkildə narahatlıq üçün səbəbdir. 

Smartfon yavaşlayır

Fayllar və proqramlar yavaş yüklənirsə, mobil telefonunuzdan istifadə etmək demək olar ki, qeyri-mümkündürsə, problem batareyanın köhnəlməsi ola bilər.

Cihazın həddindən artıq istiləşməsi

Telefon səthinin temperaturu hətta sərin günlərdə belə şarj edilmədən yüksəlirsə bu çox pis əlamətdir. Həmin batareyanın dəyişdirilməsi tələb oluna bilər.


Xəbər xətti

29 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin