Ronaldinyo Bakı səfərindən paylaşım etdi - VİDEO
14 Noyabr 2024
19:21 - 29 Sentyabr 2021
Gürcüstanda yaxın günlərdə 12 yaşdan yuxarı şəxslərin koronavirusa qarşı vaksinasiyası başlanılır.
Manşet.az xəbər verir ki, gürcüstanlı mütəxəssislər hesab edirlər ki, bu, epidemioloji vəziyyətin yaxşılaşması üçün lazımdır.
Hazırda Gürcüstanda 16 yaşdan yuxarı şəxslərə koronavirusa qarşı vaksin vurulur.
Dünyada 12 yaşından etibarən yeniyetmələr yalnız iki - “Pfizer” və “Moderna” vaksini ilə peyvənd edilir. Bu peyvəndlər Kanada, ABŞ, İtaliya, Fransa, Almaniya və Belçikada yeniyetmələrə vurulur. Uşaqları erkən yaşlarından (üç yaşından) peyvənd edən yeganə ölkə Çindir. Orada uşaqlara “Sinopharm” və “SinoVac” vurulur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin