<

Bu ölkənin baş naziri canlı yayımda istefa etdi - SƏBƏB... (FOTO)

19:19 - 7 Noyabr 2023

Bu ölkənin  baş naziri  canlı yayımda istefa etdi - SƏBƏB... (FOTO)

Portuqaliyanın baş naziri Antonio Kosta ölkədə korrupsiya istintaqının davam etdiyi bir vaxtda istefa ərizəsini prezidentə təqdim etdiyini bildirib.

 

Manset.az Portuqaliyanın SIC telekanalına istinadən xəbər verir ki,  hökumətin ölkədə litium hasilatı və hidrogen layihələri ilə bağlı rəftarında qanun pozuntuları ilə bağlı iddialarla bağlı araşdırma davam edərkən, Portuqaliyanın Baş naziri Antonio Kosta canlı yayımda istefa ərizəsi verib.

Prokurorlar bu gün litium mədənləri və hidrogen istehsalı üçün verilən imtiyazları araşdırdıqları barədə açıqlama veriblər. İstintaq çərçivəsində 140-a yaxın məmur baş nazirin iqamətgahında və müxtəlif nazirliklərdə axtarış aparıb.

Portuqaliya mətbuatı istintaq çərçivəsində Portuqaliyanın baş naziri Antonio Kostaya yaxın iki nəfərin nəzarətə alındığını açıqlayıb. Onların arasında infrastruktur naziri Joao Qalambanın da olduğu bildirilib.

Jalə

Manşet.az 



Xəbər xətti

28 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin