"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
22:05 - 7 Noyabr 2023
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sovet dövründən qalan təhsil mirasının nəzəri olaraq Qərb təhsilindən güclü olduğunu bildirib. Nazir bunu ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
Mövzu ilə bağlı fikirlərini Manset.az ilə bölüşən İqtisad elmləri doktoru, professor Zahid Məmmədov nazirin çıxışını yüksək qiymətləndirərək bildirib ki, Sahil Babayev təhsil sisteminin üstünlükləri-problemləri, müsbət-mənfi tərəflərini göstərib.
Professorun sözlərinə görə, sovet dövrünün ən sevdiyi tərəfi o vaxt repetitorun olmaması idi:
“Sovet dövrü təhsil sistemində yaratmaq üçün bilmək, bilmək üçün oxumaq lazım idi. Sovet dönəminin xüsusiyyəti bu idi. Sovet ali təhsil sistemi “Oxumaq, oxumaq, yenə də oxumaq” anlayışı üzərində qurulmuşdu. Hər şey məktəbdən başlayırdı. Sistemli şəkildə məktəbdən ali təhsilə qədər proses davam edirdi. Sovet dönəmində müəllim bir şəxsiyyət formalaşdırırdı. Sovet filmlərini baxın. “Moskva göz yaşlarına inanmır” filmində nə deyirdi? “O, professor kimi yaşayır”. O vaxtlar xüsusi professor evləri vardı. Hazırda Polşada, Rumıniyada, Macarıstanda alimlər evləri mövcud idi. İndi də var. Sovetlər dövründə şəxsiyyətli müəllimlərin fəaliyyəti haqqında filmlər verirdilər. Məktəblərdə, universitetlərdə idmanla xüsusi olaraq məşğul idilər. Sovet vaxtı mənim ən sevdiyim məktəbdən kənar fəaliyyət idi. Yeniyetmələr üçün pulsuz texniki məktəblər, şahmat klubları, güləş klubları fəaliyyət göstərirdi. Valideynlər övladını məktəbdən sonra axşam saat 6-ya qədər rahatlıqla buraxırdılar. Pul verib uşağı saxlamaq yox idi. Düzdü, bunlarla yanaşı problemlər də vardı. Xarici ədəbiyyatların istifadəsi bir az çətin idi. Müəyyən ixtisaslar vardı ki, onlara diqqət ayırmırdılar. Müəllimin cəmiyyətdə mövqeyi əsas idi. Siz fikir verin 90-cı illərin parlamentində böyük hissə professor və müəllimlərdən ibarət idi. 90-cı illərdə akademik, professor və müəllim heyətinə cəmiyyətdə inanırdılar”.
Zahid Məmmədov qeyd edib ki, sovet təhsil sisteminin gücü əmək bazarına fokuslanması idi:
“Sistemlər ümumiləşdirilmiş qaydada nəyinsə pis, nəyinsə yaxşı olması demək deyil. Ayrı-ayrılıqda müsbət tərəfləri götürüb yaxşı nəticələr əldə etmək üçün dəyərləndirmək lazımdır. Hər dönəmin öz mühiti var. Amma əsas odur ki, hər dönəmdən yaxşı nəticələr əldə etməliyik. Mən hər iki təhsil sistemini çox yaxşı bilirəm. Həm sovet dönəmi təhsil sistemində elmlər doktoru diplomu, həm də Türkiyə Cumhuriyyətinin iqtisadiyyat üzrə fəlsəyə doktoru diplomuna sahib olmuşam. 90-cı illərdə Türkiyəyə getdim. Mənimlə bərabər müxtəlif ölkələrdən gəlmişdilər. Mən aldığım sovet təhsili ilə Türkiyə Cumhuriyyətində imtahan verib doktoranturaya qəbul olmuşam. Məsələ ondadır ki, sovet təhsil sitemində aşırı dərəcədə nəzəri biliklər güclü idi. Biz indi bu sistemdən müsbətləri götürüb dəyərləndirməliyik. Bu baxımdam Əmək və Sosial Müdafiə naziri Sahil Babayevə təşəkkür edirəm. Sovet dövrü təhsil sistemi sırf əmək bazarının ehtiyacına uyğun fəaliyyət göstərirdi. Yəni ordan məzun olan insan işsiz qalmırdı. Diplom bir dəyər idi. Ondan əlavə imtahan tələb olunmurdu. Amma bu gün əlində diplom olsa belə adi şirkət sizdən imtahan tələb edir. O dönəmdə əlindəki diplom güvən olaraq qəbul edilirdi. Hazırda belə bir problem var. Bu amerikada oxuyub, filankəs Londonda oxuyub. Bu gün “Filankəs Avropada oxuyub” düşüncəsini dəyişmək lazımdır”.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin